среда, 9 ноября 2011 г.

СТАНДОТКЛОН


Qohum funksiyalar:

Sintaksis:
    СТАНДОТКЛОН (число1; число2;...)
Nəticə:
    Seçməyə görə baş standart meyli qiymətləndirir.
Arqumentlər:
     число1, число2,...; baş külliyyatdan olan seçməyə uyğun 1-dən 255-dək arqumentlər.
Qeydlər:

  •      СТАНДОТКЛОН funksiyası arqumentlərin baş külliyyatdan seçmə olduğunu nəzərdə tutur. Əgər verilənlər bütün baş külliyyatı əhatəedirsə, onda СТАНДОТКЛОНП funksiyasından istifadəetmək lazımdır;
  •      ИСТИНА və ЛОЖЬ kimi məntiqi qiymətlər və həmçinin mətn fraqmentləri nəzərə alınmır. Əgər mətn və məntiqi qiymətlərin nəzərə alınması zəruridirsə, onda СТАНДОТКЛОНА funksiyasından istifadə etmək lazımdır.


Misal
Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). Detalların sınmağa davamlılığı üzrə  standart meyli təyin etməli.



Həlli




İndi də standart meyli СТАНДОТКЛОН funksiyası vasitəsilə hesablayaq.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:
              

A
B
C
D
E
F
G
H
I
J
1
1345
1301
1368
1322
1310
1370
1318
1350
1303
1299

2. Nəticənin yazılacağı xananı seçək ($A$3)
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СТАНДОТКЛОН funksiyasını seçək. Bu zaman СТАНДОТКЛОН funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:J1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan yuxarıda hesabladığımız 27,46 qiyməti əmələ gələcəkdir.